18 C
Baku
Thursday, October 10, 2024

TuranBankın aktivləri 292,3 mln. manat olub

2014-cü ilin dekabr ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 20,4%, ötən ilin sonu ilə müqayisədə isə 19,6% artaraq 292,3 mln. manat təşkil etmişdir.

Banker.az saytına Bankdan daxil olan məlumata əsasən, hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 22%, ötən ilin sonu ilə müqayisədə isə 25% artaraq 221,5 mln. manata çatmışdır.

Cari ilin noyabr ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 134,1 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 69,6 mln. manat olmuşdur. Bu göstərici 2013-cü ilin analoji dövrü ilə müqayisədə 20,2%, ötən ilin sonu ilə müqayisədə isə 13,4% artmışdır.

1 dekabr 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 23%, ötən ilin sonu ilə müqayisədə isə 17% artaraq 56,4 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-noyabr ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 30,203 mln. manat, xərcləri isə 23,240 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti (vergidən əvvəlki) 6,963 mln. manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər