22 C
Baku
Sunday, May 26, 2024

İngiltərənin “TreeCard” fintex-startapı 5.1 milyon dollar cəlb edib

Müştərilərinə taxta materialından hazırlanmış debet kartı təklif edən “TreeCard” startapı 5.1 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, maliyyə raunduna “EQT Ventures” rəhbərlik edib, iştirakçılar arasında “Seedcamp” və “Episode 1” olub.

“TreeCard” startapını həm də biznes-mələklər dəstəkləyir: “GoCardless”in qurucusu Mett Robinson, “Indeed”in yaradıcısı Pol Forester və “ComplyAdvantage”nin sahibi Çarli Delinqpol.

Startap cəlb etdiyi investisiyanı yeni işçilərin işə götürülməsinə, məhsulun İngiltərədə satışa çıxarılmasına və ABŞ-a, o cümlədən Avropa bazarlarına genişlənməsinə xərcləyəcəyini bildirib.

Xatırladaq ki, “TreeCard” şirkəti 2020-ci ildə Til Ceymi Koks, Geri Vu və Ceyms Duqan tərəfindən yaradılıb. Komanda müştərilərə loyallıq ballarını və ya “cashback”i ağacların əkilməsi layihələrinə xərcləməyi təklif edir.

Kart “Mastercard” əsasında tərtib ediləcək. Qeydiyyatdan keçdikdən sonra istifadəçi “TreeCard” tətbiqini yükləyəcək və kart hesabını bu şəxsi hesabına bağlayacaq. “TreeCard” kart əməliyyatlarından tutduğu komissiyanı “Ecosia” ağac əkmə layihəsinə yönəldəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər