“Yapı Kredi Bank Azərbaycan” QSC Avrozonanın vahid valyutasında cəlb etdiyi depozitlərin faiz dərəcələrini qaldırıb.
Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bank “Dövri qazanc”, “Standard qazanc” və “Yığım” əmanətlərinin avroda illik ödəniş faizi 0.00%-dən 0.05%-ə qədər yüksəlib.
Xatırladaq ki, bu əmanətlərdə milli valyuta ilə yanaşı, ABŞ dolları və avroda da əmanət cəlbi mümkündür.