Azərbaycan 2020-ci il ərzində tərkibində 95-dən az oktan ədədi olan mühərrik benzinlərinin ixracına başlayıb.
Banker.az xəbər verir ki, Azərbaycan ötən ildə 64.13 min ton həcmində mühərrik benzini ixrac edib. Buna görə, ölkəyə 14.15 milyon dollar vəsait daxil olub.
İxrac etdiyimi bu benzinin Yunanıstana 29.99 min tonu (5.12 mln dollar), Liviyaya 29.21 min ton (7.41 mln dollar), Rusiya Federasiyasına isə 4.94 min tonu (1.62 mln dollar) ixrac edilib.
Azərbaycanın xaricə satdığı benzinin Liviya üçün orta qiyməti hər tonu üçün 431 dollar, Yunanıstan üçün 290 dollar və Rusiya üçün isə 559 dollar təşkil edib.