İndi müharibə başa çatıb bölgədə yeni vəziyyət yaranıb. Türkiyə Ermənistan münasibətlərinin normallaşmasına da yaxşı baxırıq.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün türk jurnalistin “Türkiyə ilə Ermənistan sərhəddinin açılmasına münasibətiniz necedir?” sualını cavablayarkən bildirib.
O, deyib ki, bu əlaqələrin normallaşması üçün bizim hər hansı bir xüsusi bir fikrimiz yoxdur və Türkiyə özü müəyyən edəcək nə zaman bu sərhədlər açıla bilər, nə zaman əlaqələr normallaşa bilər.
Hər halda Azərbaycan tərəfindən buna hər hansı bir mənfi fikir verilməyəcək. Çünki hesab edirəm ki, bölgənin istiqrarı üçün, uzun müddətli sülh üçün bütün ölkələr arasında buna münasibətlər normal olmalıdır.
Əgər Ermənistan Azərbaycan sərhəddi açılırsa Türkiyə Ermənistan sərhəddinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır.