Pandemiya yayılmağa başlayandan bu ilin 19-na kimi dünyada 114 milyondan çox insan koronovirusa yoluxub. Azərbaycanda İlk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktı isə 28 fevraldan qeydə alınıb.
Azərbaycanda koronovirusa ən çox yoluxma 2020-ci il 13 dekabr tarixində 4451 nəfər olub, ən az yoluxma isə 10 mart tarixində 2 nəfər olub.
Cari ilin martın 1-nə kimi Azərbaycanda ümumilikdə 234 min 537 nəfər koronovirusa yoluxub, 228 min 768 nəfər sağalıb. Azərbaycanda aktiv xəstə sayı isə 2 min 549 nəfərdir.
Bundan başqa koronovirus yayıldığı gündən Azərbaycanda 2 milyon 598 min 679 test aparılıb ki, nəticədə ölüm sayı 3 min 220 nəfərdir.
Son sutkada isə 270 nəfər koronovirusa yoluxub, 117 nəfər sağalıb, 2 nəfər ölüb. Test sayı isə 7 min 444-dir.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.