Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərin həcmi tarixi maksimum yeniləməklə 900 milyon manata yaxınlaşıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxs olan bu sahibkarlara verilən kreditin həcmi 870.5 milyon manat təşkil edib.
Bu son bir ay ərzində 2.8 faiz, illik müqayisədə isə 34.5% artmışdır.
Fərdi sahibkarlara verilən kreditlərin 92.3%-i, yaxud 803.5 manatda, 7.7%-i, yaxud 67 milyon manatı isə xarici valyutada verilmişdir.
Burada diqqət çəkən məqam, milli valyutada verilən kreditlərin son bir ildə böyük pay sahibinə çevrilməsidir.