14 C
Baku
Saturday, October 19, 2024

Sənaye parklarındakı rezidentlər hesabatları ildə 2 deyil, 4 dəfə təqdim edəcək – yeni qərar

Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Banker.az-ın əldə etdiyi sənəddə qeyd edilir ki, bununla bağlı sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıb.

Qərarın 2.1-ci bəndində yeni redaksiya verilməklə bildirilir ki, rezidentlər hesabat-statistik məlumat ildə dörd dəfə rüblük dövr üçün alınır. Bu qərar 1 fevraldan qüvvəyə minib.

Fevralın 1-ə qədər isə hesabat-statistik məlumat ildə iki dəfə yarımillik dövr üçün alınırdı.

Dəyişiklikdə qeyd edilir ki, hesabat-statistik məlumatın alınması üçün hesabat dövrü aşağıdakı kimi müəyyən olunur: I rüblük hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 31 mart tarixinə kimi (31 mart daxil olmaqla); II rüblük hesabat dövrü – hər ilin 01 aprel tarixindən 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla); III rüblük hesabat dövrü – hər ilin 01 iyul tarixindən 30 sentyabr tarixinə kimi (30 sentyabr daxil olmaqla); IV rüblük hesabat dövrü – hər ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).

Digər dəyişikliyə görə, rezident tərəfindən istehsal (emal) olunan məhsulların bərabər işlərin, xidmətlər də qeydiyyat şəhadətnaməsinə yazıla bilər.

Məhsulların texniki xarakteristikası siyahıdan çıxarılıb, xammalın mənşə ölkəsi üzrə göstərici siyahıya daxil edilib.

Rezidentlərin işçilərinin sayı ilə yanaşı, orta aylıq əmək haqqı da göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər