17 C
Baku
Friday, May 3, 2024

Azərbaycanın əsas ixracatçı şirkətləri açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayı təqdim edilib.

Banker.az xəbər verir ki, “İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

“MKT İstehsalat Kommersiya” MMC, “Almeyvə” MMC, “Baku Steel Company”, “Critical Fruit” MMC, “Aqrovest” MMC, “Sun Food” MMC, “Land Lojistic” MMC, “P-Aqro” MMC, “Metal Trader LTD” MMC  və “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və “Azərbaycan Hava Yolları” QSC.

Son xəbərlər
 ⁠
Digər xəbərlər