10 C
Baku
Thursday, December 12, 2024

Bu banklar hələ də Mərkəzi Bankın məcmu kapital normasını yerinə yetirməyiblər (SON MƏLUMATLAR)

Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin yekunlaşmasına artıq bir neçə gün qalıb. Ölkənin bir çox bankları kapitallarını artırmasına baxmayaraq, bəzi banklarda vəziyyət o qədər də ürək açıcı deyil. Beləliklə ölkə banklarından 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırmayan banklar isə digər banka birləşdiriləcək.

Hazırda Mərkəzi Bankın açıqlamalarına əsasən deyə bilərik ki, 44 bankın 6-i zərərlə işləyir. Bank sisteminin cəmi zərəri, zərərlə işləyən banklar üzrə – 32,26 milyon manatdır.

Hazırda ölkə bankları içərisində ən az məcmu kapitalına sahib olan bank Euro Bankdır. Belə ki, bankın məcmu kapitalı cəmi 7.5 mln manat təşkil edir.

Kapital tələbini yerini yetirməyən banklardan biri də Azərbaycan Kredit Bankı-dır. Dekabrın 15-də Azərbaycan Kredit Bankının səhmdarlarının toplantısı keçirilib. Toplantıda Bankın məcmu kapitalının Mərkəzi Bankın tələbindən az olmasına baxmayaraq, bank tələb olunan vəsaitin cəlb edilərək fəaliyyətini davam etdirməsinə qərar verilib. Qeyd edək ki, hazırda bankın  nizamnamə kapitalı 11,5 milyon manat, məcmu kapitalı isə 5,8 milyon manatdır.

Mərkəzi Bankın kapital tələbini yerinə yetirə bilməyən digər bank isə  Yunayted Kredit Bank –dır. Hazırda Yunayted Kredit Bank-ın nizamnamə kapitalı 29,8 milyon manat, məcmu kapitalı isə 27,3 milyon manatdır.  Bank ilin sonuna qədər səhm emissiyası hesabına bankın məcmu kapitalının 50 milyon manata çatdırmağı planlaşdırır.

Bəzi maliyyə problemləri olan Bank of Azerbaijan da məcmu kapitalı üzrə tələbi yerinə yetirə bilməyən banklar sırasındadır. Belə ki,  bankın məcmu kapitalı açıqladığı son məlumatda məcmu kapitalının 33.6 milyon manat olduğunu qeyd olunub.

Son açıqladığı 30.09.2014-cü il tarixində İran Melli Bank-nın nizamnamə kapitalı 22 408 701 manat təşkil edib.

Pakistan Milli Bank-ın isə məcmu kapitalı 30 sentyabr tarixində 10 205 060 manat təşkil edib.  Bankdan açıqlanan məlumatda, “Pakistan Milli Bankının nizamnamə fondunda 1 milyard dollardan artıq vəsait var.  40 milyon manatı bura yönəltməyin çətin olmayacağını bildirir “.

Naxçıvan Bank-nın isə nizamnamə kapitalı 41,8 milyon manatdır. Bank , ilin sonuna qədər məcmu kapitalı 50 milyon manata çatdıracağını bildirib.

Mərkəzi Bankın qərarına görə, ilin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya başqa banka birləşməli, ya bank olmayan kredit təşkilatına çevrilməli, ən pis halda isə bağlanmalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər