13 C
Baku
Sunday, September 29, 2024

Whatsapp Android istifadəçiləri üçün video səssizləşdirmə funksiyasını işə salıb

WhatsApp, bütün Android telefonları üçün təxminən 1 ay sınaqdan keçirilmiş video səssizləşdirmə funksiyasını işə salıb.

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki,  yeni xüsusiyyət ilə WhatsApp istifadəçiləri qarşı tərəfə video göndərərkən videonu səssizləşdirə biləcəklər.

Belə ki, istər WhatsApp-ın öz kamera tətbiqetməsi ilə bir video çəkirsinizsə, istərsə də qalereyanızdan bir video yerləşdirməyə çalışsanız, video düzəliş ekranının yuxarı sol küncündəki “səssiz” işarəsinə toxunaraq videonu səssizləşdirə bilərsiniz.

whatsapp ekran görüntüsü

Android istifadəçiləri tətbiqi Play Store vasitəsilə v2.21.3.19-a yeniləyərək bu xüsusiyyəti istifadə etməyə başlaya bilərlər. Xüsusiyyətin iOS üçün nə vaxt çıxacağı isə məlum deyil.

Son xəbərlər
Digər xəbərlər