14 C
Baku
Saturday, October 19, 2024

ABŞ şirkəti Azərbaycanda yeni törəmə şirkət yaratdı

Baş ofisi ABŞ-ın Texas ştatında Hyuston şəhərində yerləşən neft sənayesində fəaliyyət göstərən “Wellbore Integrity Solutions” enerji şirkəti Azərbaycanda yeni törəmə şirkət təsis etdirib.

Banker.az-ın xəbərinə görə, Azərbaycanda yaradılan törəmə şirkət “Vellbore İntegrity Solutions Azərbaycan” MMC-dir.

Şirkət 15 min dollar nizamnamə kapitalına sahibdir və direktor isə Anar  Məmmədov Saleh oğludur. A.Məmmədov buna qədər “Schlumberger” və “SOCAR –AQS” kimi şirkətlərdə çalışıb.

Şirkət Bakı şəhəri Səbail rayonu, Rəsul Rza ev.15 m.28-30 ünvanında dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər