14 C
Baku
Saturday, October 19, 2024

BƏƏ-nin alternativ enerji istehsalçısı Azərbaycanda şirkət yaratdı

Birləşmiş Ərəb Əmirliyinin Azərbaycanda törəmə şirkəti olan “Masdar Azerbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinin açıqlamasına istinadən xəbər verir.

Şirkət 2021-ci il fevralın 25-də 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Dilarə İsrafilovadır.

2020-ci ilin yanvar ayında Azərbaycanın Energetika Nazirliyi və “Masdar” şirkəti (BƏƏ) arasında günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün cari ilin mart ayında şirkətlə digər müqavilələrin (“İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş) imzalanması planlaşdırılır.

“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək. Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu təxminən $100 milyon məbləğində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər