“Zoom” 2020-ci ilin dördüncü rübünün hesabatını verib. Hesabatda qeyd edildiyi kimi, şirkətin rüblük gəliri 369% – 188.3 milyon dollardan 882.5 milyon dollara yüksəlib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Beləliklə, “Zoom”un xalis mənfəəti 260.4 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15.3 milyon dollar çoxdur.
Səhm üzrə qazanc 15 sentdən 1.22 dollara yüksəlib. Xatırladaq ki, daha əvvəl “FactSet” maliyyə şirkətinin analitikləri “Zoom”un səhmlərinin 79 sent səviyyəsinə qalacağını proqnoz edib.
Pandemiya sərt iş mühiti yaratmasına baxmayaraq, “Zoom” ilin ən populyar tətbiqetmələrdən biri olub. Şirkət direktoru Erik Yuanın sözlərinə görə, hal-hazırda “Zoom”da 10 nəfər çalışır və onlar 467 100 korporativ müştəriyə xidmət göstərir.
Bir qədər əvvəl “Zoom” səhmlərinin 10% bahalaşması xəbəri çıxmışdır. Hal-hazırda “Nasdaq” birjasında onların dəyəri 409.66 dollar təşkil edir. Birjaya əsasən, şirkətin kapitallaşması 119.5 milyard dollara çatır. Ümumilikdə il ərzində şirkətin səhmləri 262% artıb – oktyabrın 19-da onlar 568.34 dollar səviyyəsinə çatıb. O gündən bəri qiymət 27.92% aşağı düşüb.