6 C
Baku
Saturday, January 24, 2026

Cek Ma Çinin ən varlı adamı statusunu itirdi

Çinin analitika agentliyinin dərc etdiyi milyarderlərin reytinqində, “Alibaba” və “Ant Group” şirkətlərinin qurucu Cek Ma ilk dəfədir ki, Çinin ən varlı iş adamı adını itirib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Müxtəlif qiymətləndirmələrə görə, onun varidatı 55 milyard dollar təşkil edir. Qeyd edək ki, 2020-ci ilin 27 oktyabr tarixində bu qiymət 61.7 milyard dollar olub.

Manın yerini 85 milyard dollar sərvəti olan Çinin “butulkalaşdırılmış su kralı” Zhong Shanshan tutub. Onun ardından “Tencent” holdinqinin qurucusu Ma Hauteng (74 milyard dollar) və elektron kommersiya sahəsində fəaliyyət göstərən “Pinduoduo” şirkətinin baş direktoru Kolin Huang (69 milyard dollar) gəlir.

Xatırladaq ki, Cek Manın aktivləri 2020-ci ilin noyabr ayında, “Alibaba”ya qarşı antimonopoliya istintaqı açılanda azalmağa başlayıb. Eyni zamanda, iş adamının sərvətinə zərbə endirən faktorlardan biri də “Ant Gruop”un keçirmək istədiyi IPO-nun dondurulması olub. Belə ki, səhmlərin kütləvi təklifi 2020-ci il noyabr ayının əvvəlində baş tutmalı və rekord nümayiş etdirməli olsa da, Çin hökumətinin müdaxiləsindən sonra fintex şirkətin rəhbərliyi bu prosesi dayandırmaq məcburiyyətində qalıb.

İndi “Ant Group” və Cek Ma Çin hökumətinin tələblərinə güzəştə getməli və bu biznesi bölüşdürməlməsini həyata keçirməlidir.

Mütəxəssislərin fikrincə, bundan sonra “Ant Group” birjaya çıxsa belə, baş verənlər artıq şirkətin nüfuzuna və qiymətləndirilməsinə böyük təsir göstərmişdir. “Bloomberg Intelligence” nümayəndəsinin sözlərinə görə, bu gün “Ant Group”un dəyəri 108 milyard dollar təşkil edir ki, bu da əvvəlki qiymətləndirmədən 60% aşağıdır.

Şirkətin əməkdaşları bunu başa düşürlər və kütləvi şəkildə işdən çıxmağa başlayırlar. Bəziləri səhmlərdən böyük dividend almağı gözləyərək, borc götürüblər və o pula evlər, maşınlar alıblar. Bu səbəbdən IPO-nun uğursuzluğu onlar üçün əsl fəlakətdir. Hal-hazırda “Ant Group” bu problemin qısamüddətli həlli yolunu tapacağını vəd edərək, işçilərini sakitləşdirməyə çalışır. Xüsusilə, 2021-ci ildə qiymətli kağızların satın alınmasını planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər