Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıqlayıb ki, onun Azəri-Çıraq-Günəşli yatağından gəlirinin həcmi 2021-ci ilin ilk iki ayı ərzində gəliri 574.54milyon ABŞ dolları təşkil edib.
Banker.az xəbər verir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 430.46 mln. dollar, yaxud 75% azalıb.
ARDNF-in açıqlamasına görə, Şahdəniz yatağındakı qaz və kondensatdan gəlirin həcmi isə cəmi 3 milyard 538 mln. ABŞ dolları təşkil edib.
AÇG – Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır.






