Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Banker.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1.41 dollar ucuzlaşaraq 64.25 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.