Azərbaycan bazarına yeni şirkət daxil oldu.
Banker.az xəbər verir ki, bu şirkətin adı “Opti Azərbaycan-Türkiyə Sənaye və Ticarət Şirkəti” MMC-dir.
Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli Meydanı, ev.42C. ünvanında fəaliyyət göstərəcək.
“Opti Azərbaycan-Türkiyə Sənaye və Ticarət Şirkəti”nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğludur. Qeyd edək ki, Əsgərov Əhəd “Optimal Finance” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəridir.