15 C
Baku
Friday, November 8, 2024

OPEC+ alyansının “gərgin görüşü” öncəsi neft bahalaşır

Neftin qiyməti OPEC+ ölkələrinin gərgin görüşü öncəsi bahalaşmaqdadır. Alyansın görüşündən hasilatın artırılması ilə bağlı gözləntilər mövcuddur. Ötən gün bir sıra KİV-lərdə Neft İxrac Edən Ölkələr Birliyi və onlarla alyans quran digər ölkələrin hasilatın artırılmasına dair istəkli olmaları xəbərinin ardından neftin aprel və may fyuçerslərində qiymətlərini azaltmalı oldu.

Lakin, yaxın saatlar ərzində neftin qiyməti buna korreksiya edərək Brentin qiymətini 63 dollar/barrel səviyyəsindən bir qədər yüksəldib.

Saat 14:35/ Brent markalı xam neftin London birjasındakı (may fyuçerslərində) bir barreli 1.50% artımla 63.62 dollara qədər yüksəlmişdir. Qərbi Texas Neftin (WTI) Nyu-York birjasındakı 1.45% artımla 60.61 dollar/barrel üzərinə keçib. Ötən gün 60 dollardan aşağı düşüb.

“Bloomberg” qeyd edir ki, hasilatın artırılması ilə iki hissədə artımları müzakirə edə bilər. İlk olaraq apreldə günlük 500  min barrel artırılıb-artırılmaması, ikinci isə Səudiyyə Ərəbistanın könüllü azaltdığı 1 milyon barrelin necə ləğv edilib-edilməməsidir.

“Australia & New Zealand Banking Group Ltd.” hazırda iqtisadi bərpada OPEC+ alyansının hasilatının artırması üçün “əla fürsət” adlandırır.

OPEC+ iştirakçılarının əksəriyyəti bu gün keçiriləcək monitorinq komitəsinin görüşü zamanı aprel ayından etibarən gündəlik neft hasilatının 1.5 mln. barel artırılması variantını dəstəkləyə bilər. Məlumata görə, bu, mütəxəssislərin fikrincə, təklifin çatışmamazlığından həddindən artıq “qızmış” neft bazarını “soyuda” bilər.

Son xəbərlər
Digər xəbərlər