Nazirlik 17 milyon manatlıq TV və radio yayım avadanlığı alacaq

Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi  “Vigintos Elektronika” QSC ilə 17 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün rəqəmli TV və FM radio yayım avadanlıqlarının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 17 044 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər