Bakı Fond Birjasında 2021-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 852.3 milyon manat təşkil etmişdir.
Bu barədə Banker.az-a BFB-dən bildirilib.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 2.6 dəfə, ilkin bazar üzrə ticarət həcmində 5.5 dəfə, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 4.8 dəfə%, repo əməliyyatları üzrə isə 2.43 dəfə böyümə qeydə alınıb.
2021-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 7% artaraq 4 milyard 157.56 milyon manat təşkil etmişdir.







