6 C
Baku
Sunday, January 25, 2026

“Forbes” milyarderinin sərvəti “üsyançı” treyderlər sayəsində $32 mlrd. artıb

“Rocket Cos.” ipoteka şirkətinin qurucusu Daniel Gilbertin sərvəti “Forbes Real-Time” sıralamasına görə, bir gündə 32.3 milyard dollar və ya 64%-dən çox artıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Hal-hazırda onun varidatı 82.7 milyard dollar dəyərində qiymətləndirilir.

Nəticədə Gilbert Asiyanın ən zəngin iş adamı Mukeş Ambanini qabaqlayıb. Verilən məlumata görə, Gilbertin sərvətinin sərvətinə “Rocket Cos.”un səhmlərinin 71% bahalaşması təsir göstərib.

“CNBC” telekanalının qeyd etdiyi kimi, şirkət “Reddit”dəki “WallStreetBets” cəmiyyətinin marağını çəkib. Belə ki, şirkətin səhmlərinin 40%-i “qısa mövqedədir” və bu onu “Reddit” üçün “klassik hədəf halına gətirir”.

Son xəbərlər
Digər xəbərlər