12 C
Baku
Monday, November 25, 2024

“Volkswagen”in səhmləri 2015-ci ildən bəri ən yüksək həddə çatıb

Çərşənbə günü “Volkswagen”in səhmlərinin qiyməti son beş ildən bəri ən yüksək həddə yüksəldi.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “UBS” analitikləri şirkətin elektrikli avtomobillərini tədqiq ediblər və belə bir nəticəyə gəliblər ki, “Tesla” – yeni “Apple”dır, “Volkswagen” isə – “elektromobillər arasında “Samsung”dur.

“Bloomberg”in verdiyi məlumata görə, “Volkswagen”in səhmləri 5.6% bahalaşaraq 209 avroya yüksəlib. Agentlik bunun 2015-ci ilin iyulundan bəri ən yüksək göstərici olduğunu qeyd edib.

Bu il “Volkswagen” elektrikli avtomobillərin satışını iki dəfə artırmağı planlaşdırır. Bu o deməkdir ki, şirkət “Tesla” ilə arasında olan boşluğu tamamilə aradan qaldıra bilər. Xatırladaq ki, “Tesla” bu il minimum 750 min avtomobil tədarük etməyi düşünür.

Son xəbərlər
Digər xəbərlər