7 C
Baku
Thursday, December 12, 2024

Səfər Mehdiyev rüsumdan azad olunan malların həcmini açıqladı

“2020-ci ildə 10 milyard 730 milyon dollarlıq idxal əməliyyatlarının 59 faizi gömrük rüsumlarından azad olunub”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ötən ildə 800 milyon dollara yaxın mal neft sazişləri xətti ilə gətirilən idxal əməliyyatları, investisiyanın təşviqi və sənaye texnologiyaları parkına gətirilən avadanlıqlar üçün 200 milyon dollar, azad ticarət ölkələrindən sazişlərlə bağlı gətirilən mallar 2 milyard 318 milyon dollar, Nazirlər Kabinetinin xüsusi təyinatlı qərarları 73 milyon dollar və “0” dərəcə ilə idxal rüsumlarına cəlb olunan idxalın həcmi 2 milyard 383 milyon dollar, digərlər kateqoriyalar üzrə isə 556 milyon dollar həcmində malın idxalı təşkil edir.

“Cəmi 15 faiz rüsuma cəlb olunan məhsulun həcmi 2 milyard 848 milyon dollar təşkil edib və onun ümumi idxalda çəkisi 26,5 faizdir. Yəni, ölkəyə idxal olunan malların 26,5 faizi 15 faiz rüsuma cəlb olunmuş məhsullar, digərləri ya tamamilə azaddır, ya “0” faizlə tətbiq olunur, ya da 5 faizlə tətbiq olunur. 5 faizlə tətbiq olunan idxalın həcmi 882 milyon dollar təşkil edib. Bu rəqəm isə ümumi idxalda 8,2 faiz təşkil edir.

Həmçinin tarif məcmuəsində spesifik rüsumlar tətbiq edilir ki, bu da 5,6 faiz, və ya 599 milyon dollar təşkil edir. Digər kommunə edilmiş idxal əməliyyatlarının həcmi 68 milyon dollardır” – deyə, qurumun sədri əlavə edib.

O qeyd edib ki, əlavə dəyər vergisi üzrə azadolmaya cəlb olunan idxalın çəkisi 25,5 faiz, yəni, 2 milyard 737 milyon dollar həcmindədir.

Son xəbərlər
Digər xəbərlər