Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.
Bunu “Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də söhbət benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən gedir: “Burada istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun”.
DGK sədri həmçinin əlavə edib ki, hazırda Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə vergi və rüsumlar nə qədər artırılsa da, istifadəçilər yeni nəqliyyat vasitələrinə deyil, köhnə nəqliyyat vasitələrinə üstünlük verilir.