7 C
Baku
Thursday, December 12, 2024

ABŞ bankları “Citibank” ilə bağlı hadisədən sonra müqavilələrin şərtlərini dəyişdirirlər

Amerika bankları kredit müqavilələrinə səhvən köçürülmüş pulların qaytarılması şərtini daxil etməyə başlayıblar.

Banker.az “Bloomberg” agentliyinin verdiyi məlumata istinadənxəbər verir ki, “Citigroup”, “Barclays” və “Jefferies Financial Group” bunu artıq ediblər.

Xatırladaq ki, 2020-ci ilin yazında “Citibank” kreditorlara səhvən 900 milyon dollar köçürmüşdür və bu pulu qaytara bilməmişdir. Şirkət məhkəməyə müraciət etsə də, 2021-ci ilin fevralına bu prosesdə uduzmuşdur.

Bildirildiyi kimi, müqavilənin forması fərqli ola bilər, lakin ümumilikdə bank pulların səhvən köçürüldüyünü müəyyən etmək səlahiyətinə malik olan yeganə təşkilat olacaq.

Son xəbərlər
Digər xəbərlər