TuranBank kartları ilə alış-veriş etmək daha çox qazanc gətirəcək

®TuranBankın ödəniş kartlarından istifadə etməklə cashback layihəsinin üstünlüklərindən yararlanın! 

TuranBank kart sahibləri üçün 8 mart Beynəlxalq Qadınlar Gününə özəl cashback kampaniyasına başlayıb. Bankın kart sahibləri gül, parfümeriya, geyim və aksesuar mağazalarında, restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. 05-08 mart tarixində tərəfdaş mağazalarda həyata keçirilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 5%-i kart sahibinin hesabına geri qayıdacaq. Məlumat üçün qeyd edək ki, cashback yalnız 200 AZN-dək məbləğə hesablanacaq.

Tərəfdaş mağazaların siyahısı ilə https://bit.ly/3kLGdU1 linkinə keçidlə tanış ola bilərsiniz.

Kampaniya haqqında ətraflı məlumatı TuranBankın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank 

Bizimlə etibarlıdır 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər