Azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mubariz Qurbanoğlu Mənsimov azadlığa buraxılıb.
Bunu “Palmali” Şirkətlər Qrupunun rəsmisi Fidan Quliyeva deyib.
Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Mənsimov son söz üçün kürsüyə çıxarkən bildirib ki, “bir daha əminliklə bəyan edirəm, heç bir zaman heç bir terror təşkilatına nə mənəvi nə də maddi yardım etdim”.
Qeyd edək ki, martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.
Xatırladaq ki, M. Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.