1 C
Baku
Saturday, December 14, 2024

ÜST: Koronavirus pandemiyası gələn ilin əvvəlində başa çata bilər

2021-ci ildə “koronavirus dövrü” davam edəcək, lakin pandemiya 2022-ci ilin əvvəlində başa çata bilər.

“Welt” nəşrinə istinadla, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa şöbəsinin rəhbəri Hans Klüqe deyib.

“2021-ci il daha bir COVID ili kimi yadda qalacaq. Lakin o, proqnozlaşdırılan və idarəedilən olacaq. 2020-ci il “Terra incognita”, elmi və siyasi qeyri-müəyyənlik kimi tarixə düşüb. İndi isə xəstəlik barədə daha çox bilirik. Hazırda alətlərimiz, diaqnostik proqramlarımız, vaksinimiz var. 2022-ci ilin əvvəlində pandemiya bitəcək. Lakin bu, virusun yoxa çıxacağı anlamına gəlmir”, – deyə Hans Klüqe nəşrə müsahibəsində bildirib.

ÜST nümayəndəsi, pandemiyanın sona çatması üçün “Avropa həmrəyliyinin” və vaksinlərin regionlar arasında ədalətli paylanmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, ÜST mart ayında yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda dünyada 116 milyon 275 mindən çox yoluxma və 2 milyon 582 mindən çox ölüm faktı qeydə alınıb, 91 milyon 946 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 21 milyon 745 min nəfərdən 89 min 610-nun vəziyyəti ağır qiymətləndirilir./AZERTAG

Son xəbərlər
Digər xəbərlər