Çin hökuməti vətəndaşların pensiya yaşını mərhələli şəkildə 2021-ci ildən 2025-ci ilədək artırmağı planlaşdırır. Məruzənin mətni Dövlət Şurasının baş naziri Li Keqiang tərəfindən parlamentin illik iclasının açılışında oxunub.
Planlara görə, 2045-ci ilə qədər həm kişilər, həm qadınlar üçün pensiya yaşı 65-ə qaldırılacaq. Qeyd edək ki, 2017-ci ilin sonunda Çinin əhalisi 1.39 milyard nəfər olub. Onlardan 240 milyon (təxminən 17.3%) 60 yaşdan yuxarı olan insanlardır.
Hal-hazırda Çində kişilər 60 yaşında, qadınlar isə 55 yaşında pensiyaya çıxır. Bu, dünyanın ən erkən pensiya yaşlarından biridir.