9 C
Baku
Thursday, December 12, 2024

Repçi Jay-Z iki həftədə sərvətini 400 mln. dollar artırdı

Repçi Şon Karterin (Jay-Z) sərvəti son iki həftə ərzində 40% və ya 400 milyon dollar artıb. “Forbes”un qiymətləndirmələrinə görə, musiqiçi qısa müddətdə zənginləşərək, sərvətini 1 milyard dollardan 1.4 milyard dollara qədər yüksəldib.

Xatırladaq ki, fevral ayının sonlarında Jay-Z “Armand de Brignac” adlı şampan markasının 50%-ni əldə edib. Tərəflər sövdələşmənin maliyyə parametrlərini açıqlamasalar da, onun dəyərinin 640 milyon dollar olduğu təxmin edilir. Beləliklə, repçi 300 milyon dollardan çox qazanc əldə etmiş olub.

Bundan əlavə, martın əvvəlində “Twitter”in qurucusu Cek Dorsinin “Square” şirkəti Jay-Z-ə məxsus olan “Tidal” striminq xidmətində pay aldığını açıqlayıb. Sövdələşmənin dəyəri 297 milyon dollar olaraq qiymətləndirilib. “Forbes”un verdiyi məlumata görə, repçi bu məbləğin yarısını nağd və səhm şəklində alacaq.

Qeyd edək ki, “Tidal”ın kataloqu 70 milyondan çox mahnıdan ibarətdir. Layihə dünyanın 56 ölkəsində fəaliyyət göstərir və 100-dən çox leybl və distribyutorla əməkdaşlıq edir.

Jay-Z həmçinin “Uber”, restoranlar şəbəkəsi “Sweetgreen”, sığorta startapı “Ethos” və kosmik şirkəti “SpaceX”də paylara sahibdir.

Son xəbərlər
Digər xəbərlər