“Kövsər Bank” ASC -nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 25 dekabr 2014-cü il tarixindən etibarən yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Banker.az BFB-na istinadən xəbər verir ki, hər bir nominalın 200 AZN olan 190 000 ədəd səhm buraxılıb. Emissiyanın həcmi 38 000 000 AZN təşkil edir. Yerləşdirmənin anderrayteri “Brokdil –AZ” MMC-dir. Buraxılış üzrə üstünlük hüququ müddətinin bitməsi tarixi nəzərdə tutulmayıb. Yerləşdirmənin başa çatma tarixi 25.12.2015-ci il tarixidir.