13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub, 127 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb,  127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 768  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718  nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib,  3 809 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375  test aparılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər