11 C
Baku
Monday, November 25, 2024

“Azercell”in prezidenti işdən çıxdı

Qaburiç özünü başqa sahələrdə yoxlamaq istəyir.

Azercell Telekom MMC şirkətinin prezidenti Kiril Qaburiç vəzifəsini tərk edib.

Bu barədə  şirkətdən bildiriblər.

Məlumata görə, şirkətlə Kiril Qaburiç arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

K.Qaburiç Azercell-in də daxil olduğu TeliaSonera Qrupunu tərk edərək, digər sahələrdə çalışmaq qərarına gəlib.

Qeyd edək ki, bundan əvvəl Qaburiç Moldovanın Moldcell şirkətinin prezidenti vəzifəsini tutub.

2015-ci il yanvarın 5-dən yeni prezident təyin edilənədək şirkətin prezidenti vəzifəsini Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev icra edəcək.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər