“Avrozonada vaksinasiya prosesindəki uğursuzluq 100 milyard avronun itirilməsinə səbəb ola bilər”.
Bu barədə “Bloomberg”in dərc etdiyi hesabatda məlumat verilir.
Sənəddə bildirilir ki, bu səbəbdən aparıcı biznes strukturları, xüsusən də turizm sahəsində fəaliyyətin ləngiməsi vəziyyətə uyğun olaraq iqtisadi artımın da gecikməsinə səbəb olacaq.
“Aparıcı biznes sahələrinin fəaliyyətindəki bir və ya iki aylıq ləngimə 50-100 milyard avro vəsait itirilməsi ilə nəticələnəcək. Artıq Avropanın aparıcı investisiya fondları üç həftədir ciddi kapital itkisi ilə üzləşməkdədir. “Bank of America” və “BlackRock Investment” maliyyə korporasiyaları Avropada koronavirusa yoluxma hallarının artması uzunmüddətli investisiya strategiyasının da pozulması ilə nəticələnəcək”.
“Bloomberg”də hesab edirlər ki, Avrozona yay fəslinin sonlarınadək əhalinin 75 faizinə vaksin tətbiq etmək şansına malikdir. Bu isə kirtik yay ayları üçün əlverişli investisiya şəraiti, habelə ikinci turizm mövsümündən istifadə şansının itirilməsi deməkdir.
Avropa Komissiyasından o da bildirilib ki, cari ilin ikinci rübündə 27 Avropa ölkəsi ümümi tələbatın 1/3 hissəsi qədər vaksin əldə etmək şansına malik olacaq. Bu da 106 milyon ədəd ampula deməkdir. İkinci rübdə bu sayın 300, üçüncü rübdə isə 900 milyon dozaya çatacağı ehtimal edilir. Bu isə yalnız Avropa bazarın Qərbin istehsalı olan vaksinlər daxil olduqda mümkündür.
APA