12 C
Baku
Saturday, November 23, 2024

Mövlud Çavuşoğlu Özbəkistan XİN başçısı ilə Qarabağı müzakirə edib

“Qarşımızdakı müddətdə xüsusilə ticarətimizi artırmaq üçün preferesial ticarət razılaşması imzalamaq istəyirik, imzalamadan sonra əhatəli azad ticarət razılaşmasının müzakirəsinə başlamaq istəyirik. Biz Özbəkistanın ilk 5 əsas ticarət tərəfdaşından biriyik və Özbəkistanan ən çox sərmayə qoyan ölkəyik”.

Bunu Daşkənddə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gün kommunikasiya xətlərinin möhkəmləndirilməsi, müdafiə sənayesi, hərbi təhlükəsizlik münasibətləri, təhsil və mədəniyyət münasibətlərimizi genişləndirməyi və digərləri haqqında fikir mübadiləsi apardıq. Həmçinin Əfqanıstan, Dağlıq Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional mövzuları müzakirə etdik”, – nazir vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər