23 C
Baku
Sunday, September 29, 2024

Sahibkarlıqla bağlı yoxlamaların dayandırılması müddəti uzadıldı

Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Qeyd edək ki, əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Son xəbərlər
Digər xəbərlər