23 C
Baku
Sunday, September 29, 2024

Online ödəmə sistemi PayPal, kripto təhlükəsizlik şirkəti ilə 200 milyon dollarlıq müqavilə imzalayıb

Mərkəzi ABŞ-da yerləşən, online ödəmə sistemi olan PayPal, İsrail mərkəzli kripto təhlükəsizlik şirkəti Curv-u satın aldığını açıqlayıb.

Banker.az bu barədə Türkiyə Mediasına istinadən xəbər verir ki, müqavilənin maliyyə şərtləri açıqlanmayıb, lakin mənbələr müqavilənin 200 milyondan 300 milyon dollara qədər dəyişə biləcəyini bildirib.

Qeyd edək ki, keçən ilin sonlarında PayPal ABŞ-dakı istifadəçilərə ilk dəfə müəyyən kriptovalyutaları almaq, satmaq və saxlamağa icazə verməyə başlayıb. 

Son xəbərlər
Digər xəbərlər