23 C
Baku
Sunday, September 29, 2024

Bakıda sənayedə istehsal olunan məhsulların həcmi 17% azalıb

Bu ilin yanvar ayında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2.9 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 17.1% azdır. 

Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir ki, sənaye məhsulunun 78.7%-i mədənçıxarma, 18.4%-i emal, 2.3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2021-ci il vəziyyətinə 375.3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80.9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər
Digər xəbərlər