2 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan və Putin “Akkuyu” AES blokunun təməlqoyma mərasimində iştirak edəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin “Akkuyu” Atom Elektrik Stansiyasının üç nömrəli enerji blokunun təməlqoyma mərasimində iştirak edəcəklər.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya dövlət başçısı Türkiyənin Mersin şəhərində keçiriləcək tədbirə videokonfrans vasitəsilə qatılacaq.

Qeyd edək ki, Türkiyənin ilk atom elektrik stanisyası olan “Akkuyu”nun inşası səhmlərinin 99%-i “Rosatom”a məxsus olan “Akkuyu nuklear” şirkəti tərəfindən 2010-cu ildə iki ölkə arasında imzalanmış hökumətlərarası sazişə uyğun olaraq həyata keçirilir.

AES-in ilk reaktorunun 2023-cü ildə istismara verilməsi planlaşdırılır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər