Gürcüstanın Baş Nazirinin Azərbaycana səfəri planlaşdırılıb.
Bunu bu ölkənin Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayevlə görüşdə deyib.
Səfir səfər zamanı Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini Konfederasiya prezidentinə təklif edib.
M.Musayev bu yaxınlarda Gürcüstanda çalışan azərbaycanlı iş adamlarının təşkilatı olan AZEBİ ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. O, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib.
Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təklflərini irəli sürüb.
Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.