Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən 1 fevral 2021-ci il tarixinə Azərbaycanda ən çox xarici valyutaya banklara depozit yerləşdirmədə üstünlük verən rayon/şəhərlərin siyahısı açıqlanıb.
Məlumata görə, paytaxt bu göstəricidə liderdir. Cəlb olunmuş depozitlərin 55%-dən çoxu xarici valyutalar üzrə depozitlərdir. İkinci sırada isə muxtar respublikanın paytaxtı Naxçıvan şəhəridir. Naxçıvan şəhərində cəlb olunmuş əmanətlərin 22%-dən çoxu xarici valyutadadır.