10 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (50101289S), 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az-a bu barədə BFB-dan deyilir.
Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və 99.5543 (5.76%) olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 501 milyon 697 min manat olub. Qeyd edək ki, öncəki hərracda 200 milyon cəlbi nəzərdə tutulduğu halda 642 milyon 319 min manat tələb var idi.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 7 aprel 2021-ci ildir.
Azərbaycan Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər