2021-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1 338.4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz az vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74 faiz, bank kreditləri 9.7 faiz, əhalinin şəxsi vəsaitləri 9.1 faiz, sair vəsaitlər 3.8 faiz, büdcə vəsaitləri isə 3.4 faiz təşkil edib. 2021-ci ilin yanvarında isə bank kreditləri 16.3 faiz təşkil edib.
2020-ci ilin eyni dövründə isə ssas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65.3 faiz, büdcə vəsaitləri 17.1 faiz, əhalinin şəxsi vəsaitləri 7 faiz, bank kreditləri 5.1 faiz, sair vəsaitlər 3.1 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2.4 faiz təşkil etmişdir.