10 C
Baku
Thursday, December 12, 2024

“Zara”nın sahibinin xalis mənfəəti il ərzində 3,3 dəfə azalıb

Dünyanın ən böyük pərakəndə geyim və ayaqqabı satışı şirkətlərindən biri olan İspaniyanın “Inditex Group” şirkətinin (“Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius”, “Oysho” brendlərinin sahibi) 2020-2021-ci maliyyə ili (31 yanvarda başa çatıb) üzrə xalis mənfəəti 3,3 dəfə azalıb və 1,106 milyard avro səviyyəsinə düşüb.

“Prime” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Inditex”in hesabat dövründəki gəliri 1,4 dəfə azalaraq 20,402 milyard avroya düşüb. Maliyyə ilinin yekununda EBITDA göstəricisi 4,552 milyard avroya çatıb ki, bu da bir il əvvələ nisbətən 1,7 dəfə azdır. Hər səhmə düşən mənfəət 0,355 avro olub (keçən il 1,168 avro idi).

Hesabatda 31 yanvar 2021-ci ilə şirkətin mağazalarının sayı illik nisbətdə 8,6 % azalaraq 6 829-a düşdüyü göstərilib. Eyni dövrdə mağazaların 30 %-i tamamilə bağlı qalır, 52 %-i isə məhdudiyyətlərlə işləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər