Unibank KB rəhbərliyinin qərarı ilə Fuad Məmmədli Baş Maliyyə inzibatçısının müavini vəzifəsinə təyin olunub. O, “Unibank”dakı təyinatdan əvvəl Ziraat Bank Azərbaycan-da Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Fuad Məmmədli maliyyə sahəsi üzrə bakalavr dərəcəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.