Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu dəyişməyərək 730 min barel səviyyəsində saxlayıb. Bu, ötən il qeydə alınmış hasilat göstəricisi ilə eynidir.
Bu barədə qurumun mart ayı üzrə hesabatında bildirilir.
Xatırladaq ki, bu ilin yanvar və fevral aylarında Azərbaycanda hasilat ötən ilin dekabr ayı ilə müqayisədə 10 min barel az – 720 min barel təşkil edib.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən hasil edilən kondensat dekabr ayında rekord həddə çatıb. Bu layihə başa çatdıqdan sonra “Şahdəniz”də kondensat hasilatının gündəlik 160 min barel olacağı gözlənilir.