Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) apparat və struktur bölmələr üçün 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və aiddiyyəti işlər üzrə məsləhət xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 400 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 8-I, saat 14:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 16-sı, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitə ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi aprelin 19-da, saat 14:00-da Portalda açıqlanacaq.