“Forbes”: Son bir ildə Bidzina İvanişvilinin sərvəti 1.5 milyard dollar azalıb

ABŞ-ın “Forbes” jurnalı Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının təsisçisi, keçmiş baş nazir Bidzina İvanişvilinin sərvətini 3.3 milyard dollar səviyyəsində qiymətləndirib.

Gürcüstanın ən zəngin insanının var-dövləti il ərzində 1.5 milyard dollar azalıb.

Nəşrdə bildirilib ki, B.İvanişvilinin bu günə olan sərvəti son 11 il ərzində minimal həddə çatıb. O, planetin ən varlı insanlarının reytinqində 349-cu yerdən 906-cı yerə düşüb. Bu cür kəskin enmənin səbəbi açıqlanmır.

Qeyd edək ki, bu ilin yanvarın 11-də gürcü milyarder siyasəti və hakim partiya rəhbərliyini tərk edib. Bundan öncə o, sərvətinin böyük hissəsini rəhbərlik etdiyi “Kartu” xeyriyyə fonduna bağışlayıb.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər