Fransanın “Renault” avtomobil şirkəti loqosunu dəyişdirib.
Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə martın 11-də firmanın mətbuat xidməti məlumat verib.
“Bizim rombumuz – dünyanın ən çox tanınan simvollarından biridir. Bu sadə həndəsi fiqur çox individualdır. Bizim əsas məqsədimiz ona yeni məna və müasir dəyərlər qataraq, brendimizin gələcəyə doğru irəliləməsini təmin etməkdir”, – deyə “Renault”un dizayn üzrə direktoru Jil Vidal söyləyib.
Qeyd edilir ki, “Renault”un 1992-ci ildə yaradılmış və 2015-ci ildə yenilənmiş əvvəlki emblemi artıq köhnəlib. Jiı Vidalin dözlərinə görə, yeni loqo üzərində iş 2019-cu ildə başlayıb. Bu loqo müasir qlobal brend qarşısında duran vəzifələrə cavab verməlidir, və onun çoxtərəfli xarakterini əks etdirməlidir.